Facebook-dan qorxun! » AzNews.info -Xəbər portalı

Facebook-dan qorxun!

Facebook-dan qorxun!


Dünyada ən çox istifadəçisi olan Facebook sosial şəbəkəsi insanları depresiyaya sürükləyir.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kolumbiya Universiteti alimləri araşdırmalar zamanı bu nəticəyə gəliblər. Araşdırmalarda 700 tələbə iştirak edib.

Araşdırmalar zamanı müəyyən olub ki, Facebook-dan mütəmadi istifadə edən şəxslərin 70 faizi real dünyadan ayrılaraq virtual həyata bağlanır. Bu sosial şəbəkədən istifadə edənlərdən çoxunda isə paxıllıq və eqoistlik hissləri yaranır. Onlar virtual dostlarını artırmaq üçün çalışırlar. Onlar paylaşmalarının daha çox istifadəçi tərəfindən bəyənilməsi və şərh olunması üçün hər bir yola əl atırlar. Çox zaman digərlərinin paylaşmalarının nisbətən çox bəyənilməsi insanlarda qısqanclıq yaradır.

Çox vaxt dostlarının paylaşdıqları xoşbəxt anların fotoları istifadəçilərdə paxıllıq yaradır.

Araşdırma zamanı müəyyən olub ki istifadəçilərin çoxu canlı ünsiyyətdən qaçır. Virtual danışıqlara daha çox üstünlük verir. Bu da insanlarda depresiya və intihara meyilliliyi artırır.

Mütəxəssislər bu səbəbdən sosial şəbəkələrdən, əsasən də Facebook-dan uzaq durmağı məsləhət bilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *