Dünyanın ən məşhur sosial şəbəkələri – SİYAHI
Dünyanın ən məşhur sosial şəbəkəsi, şübhəsiz ki, “Facebook”dur. Fəal istifadəçilərinin sayı 1,7 milyarddır (müqayisə üçün: Dünya əhalisinin sayı 7,4 milyard nəfərdir).
Aznews.info Fins.Az-a istinadən xəbər verir ki, “Google”un almaq istədiyi “Twitter” sosial şəbəkəsi isə 313 milyon istifadəçiylə 8-ci yerdə qərarlaşıb.
Əvvəllər deyilirdi ki, şirkətin bazar dəyəri 16,7 milyard dollar təşkil edir. “Vkontakte” (VK) siyahını 100 milyon nəfər istifadəçi ilə tamamlayır:
- “Facebook” - 1,712 milyard
- “WhatsApp” - 1 milyard
- “Facebook Messenger” - 1 milyard
- “QQ” - 899 milyon
- “Wechat” - 806 milyon
- “Tumblr” - 555 milyon
- “Instagram” - 500 milyon
- “Twitter” - 313 milyon
- “Skype” - 300 milyon
- “Viber” - 249 milyon
- “Snapchat” - 200 milyon
- “LinkedIn” - 106 milyon
- “VK” - 100 milyon
- “Telegram” - 100 milyon
Mənbə:> Fins.Az