“Instagram” “Twitter”i qabaqladı » AzNews.info -Xəbər portalı

“Instagram” “Twitter”i qabaqladı

“Instagram” “Twitter”i qabaqladı


Foto və videoların mübadiləsi üzrə olan “Instagram” əlavəsi məşhurluqda “Twitter”i qabaqlayıb.

ANS PRESS-in məlumatına görə, şirkət nümayəndələri “İnstagram” əlavəsinin aylıq auditoriyasının 300 milyon insana qalxdığını bildiriblər.

Təkcə son doqquz ay ərzində auditoriyanın artması 50% təşkil edib. Bundan başqa hər gün istifadəçilər 70 milyona yaxın foto və video çarxlar paylaşır və 2,5 milyon “bəyənmə” alırlar.

Bununla da “Instagram” məşhurluqda auditoriyası 284 milyon insan təşkil edən “Twitter” mikrobloqlar şəbəkəsini geridə qoyub.

Şirkətdən bildirilib ki, bundan sonra da spamlarla aktiv mübarizəni davam etidərəck və yalançı profilləri bağlamaq üçün əllərindən gələni edəcəklər. Yaxın zamanlarda məşhurlara, böyük brendlərə və idmançılara məxsus milyonluq hesabı olan profillər yoxlama funksiyasını əldə edəcəklər.

2013-ci ilin aprelində əlavənin sahibi olan “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Tsukerberq məqsədinin “İnstagram” istifadəçilərinin sayını 1 milyarda çatdırmaq olduğunu bildirmişdi.

Qeyd edək ki, “Facebook” şirkəti “İnstagram”I 2012-ci ilin aprelində 1 milyard dollar satın alıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *