“İnstagram”ın ən məşhur balacası: 1,105 milyon izləyicisi var - FOTOLAR
Onun İnstagram-dakı profilinin 1,105 milyon daimi izləyicisi var.
Yəni Brianna Yun sosial şəbəkələrdə populyarlıq baxımından Hollivud uluduzu Kemeron Diasla eyni səviyyədədir.
Milli.Az bildirir ki, Briannanı sevənlər hər yerdə, o cümlədən Yaxın Şərq ölkələrindədir.
Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yaşayan milyarder ailələrdən biri Brianna Yunu ailəsi ilə birlikdə şəhərə dəvət edib.
Beşulduzu oteldə lüks nömrələr ayrılmış ailəni ən bahalı avtomobillər gəzdirib.
Ərəblərin bəzilərinin dediklərinə görə, Briannanı öz uşaqlarından artıq sevirlər.
5 yaşlı Briannanın anası, 27 yaşlı Coselin deyir: "Qızım artıq populyarlığa alışıb. Alış-veriş üçün ticarət mərkəzinə yollanmışdıq. Brianna məndən soruşdu ki, axı niyə adamların hamısı gəlib onunla şəkil çəkdirmirlər".
Brianna məşhurlaşandan sonra adi ailəsi milyonçuya çevrilib. Bu balaca ulduzun pərəstişkarları Briannaya "Louis Vuitton" və "Chanel" çantaları, on minlərlə dollar dəyərində zinət əşyaları, yüz minlərlə dollarlıq hədiyyələr veriblər.
İş o yerə çatıb ki, hər gün Briannanın ailəsinin ünvanına yüzlərlə kiloqram ən bahalı şokolad və peçenyelər gəlir.
Bu populyarlığın sayəsində Briannanın valideynləri birotaqlı dar mənzildən qurtulublar və Cənubi Koreyanın paytaxtı Seulun cənub həndəvərində lüks villa alıblar.
İndisə ailə Dubayda, şeyxlərdən birinin hədiyyə verdiyi malikanədə yaşayır.
Mənbə:> milli.az