Dövlət büdcəsində kəsir bir milyard manatı ötdü » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dövlət büdcəsində kəsir bir milyard manatı ötdü

Dövlət büdcəsində kəsir bir milyard manatı ötdü

Cari ilin 8 ayında Azərbaycanın dövlət büdcəsinə 8 milyard 281 milyon manat vəsait daxil olub, büdcədən 9 milyard 348 milyon manat vəsait xərclənib.

Oxu.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Büdcənin icrasında yaranmış 1 milyard 67 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,8%-i səviyyəsində olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 7,5 milyon manat, xərcləri 8 milyard 193,5 milyon manat təşkil edib.

Büdcənin icrasında 1 milyard 186 milyon manatlıq və ya ÜDM-in 3,7%-i qədər kəsir yaranıb. Bununla da büdcə kəsirinin həcmi aylıq müqayisədə 10%, ÜDM-ə nisbəti isə 0,9% bəndi azalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *