Büdcənin icrasında kəsir yaranıb
Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 7,5 milyon manat, xərcləri 8 milyard 193,5 milyon manat təşkil edib.
AzNews.info xəbər verir ki, bu barədə “Report” a Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, büdcənin icrasında 1 milyard 186 milyon manatlıq və ya ümumi daxili məhsulun 3,7%-i qədər kəsir yaranıb.
Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 milyard 133,7 milyon manat, xərcləri 6 milyard 821,5 milyon manat olub. Büdcənin icrasında 687,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,5%-i qədər kəsir yaranıb.
Mənbə:> Report