Maliyyə Nazirliyindən “kəsir” açıqlaması
687,7 milyon manatlıq kəsir ilə bağlı ictimaiyyətdə suallar yaranıb, bu kəsir “hökumətin yığa və ya tapa bilmədiyi pul” kimi şərh olunur.
AzNews.info “Marja”a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, yaranmış kəsir dövlət büdcəsinin vahid xəzinə hesabında olan qalıq hesabına bağlanıb.
“2016-cı ilin altı ayında 687,7 milyon manat məbləğində yaranmış kəsirin maliyyələşdirilməsi 2016-cı ilin əvvəlinə dövlət büdcəsinin vahid xəzinə hesabında olan qalıq hesabına bağlanılıb.
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən Maliyyə Nazirliyinə təqdim etdikləri sifarişlər tam və vaxtında maliyyələşdirilib”, - M.Priyev bildirib.
Mənbə:> Marja.az