Fermerlərə güzəştlər ilə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Fermerlərə güzəştlər ilə bağlı – YENİ DƏYİŞİKLİK

Fermerlərə güzəştlər ilə bağlı


Baş nazir Artur Rasizadə “Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2008-ci il 13 iyun tarixli qərarında dəyişiklik edib.

Oxu.Az-ın məlumatına görə, dəyişiklik buğda və çəltik səpini ilə bağlıdır.

Dəyişikliyə əsasən, sənədlərin yubanması ilə əlaqədar, dövlət büdcəsindən çəltik və buğda səpini üçün fermerlərə ayrılan vəsaitlərin verilməsi cari ildə mümkün olmadıqda, həmin vəsaitlər dövlət büdcəsi hesabına növbəti il ödənilməsi təmin edilməlidir:

“Fermerlərə buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası və Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmış mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq edilən güzəştin məbləğinin ödənilməsi sənədlərin təqdim edilməsinin yubanması ilə əlaqədar olaraq cari ildə ayrılmış büdcə vəsaiti hesabına mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etməlidirlər”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *