‘Facebook’dakı profilimizi necə qoruyaq? – VİDEO
AZXEBER.COM xəbər verir ki, İctimai Televiziyanına (İTV) “Yeni Gün” proqramında bu barədə sujet hazırlanıb. Görəsən Azərbaycanda sosial şəbəkələrdən istifadə edən istifadəçilərin məlumatları təhlükədədirmi? Şəxsi informasiyaların qorunması üçün istifadəçilər hansı addımı atmalıdır?
Bu barədə suallara cavab verən AZXEBER.COM portalının baş direktoru Əfsələddin Ağalarov sosial şəbəkələrin informasiya təlükəsizliyinə təhdid yaratdığını və istifadəçilərin fərdi məlumatlarını yayımlayarkən diqqətli olmalı olduqlarını deyib:
“Bu gün Azərbaycanda sosial şəbəkələr vasitəsi ilə xəbərlər, hətta dezinformasiyalar çox sürətlə yayılır və bunun qarşısını almağın yollarından biri də informasiya istehsalçıları olan jurnalistlərin ayıq-sayıq olmaları üçün ciddi siqnaldır”.
İnformasiya təhlükəsizliyi ilə bağlı məsələnin əslində hazırda müzakirə olunan ən ciddi məsələlərdən biri olduğunu deyən “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər də sosial şəbəkələrdə bu mənada böyük boşluqların olduğunu bildirib:
“Sosial şəbəkələr hər bir fərdin şəxsi məlumatlarını başqa bir şəxsə ötürülməsi üçün bütün imkanları yaradır. Bu gün istənilən informasiya sızmasında məhz sosial şəbəkələrin böyük rola malik olduğunu deyə bilərik”.
Sözügedən sujeti təqdim edirik:
Mənbə:> AZXEBER.COM