"Ölkə.Az" informasiya portalının 1 yaşını qeyd edir
"Ölkə.Az" analitik informasiya portalı 2014-cu ilin iyulun 15-də fəaliyyətə başlayıb.
Azərbaycanda qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınan "Ölkə.Az" saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları dərc edilir. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv, tərəfsiz və müstəqil olaraq, şərhsiz xəbər yayır. Saytımızın işinin qurulmasında və aparılmasında redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilirlər.
1 il ərzində "Ölkə.Az" geniş oxucu auditoriyası qazana bilib. Məhz bunun sayəsində sayt qısa müddət ərzində bir sıra uğurlara imza atıb. Həmin uğurlardan biri biri də Ölkə.Az-ın ilin ən yaxşı informasiya portalı müsabiqəsində "İnformasiya və xəbərlər" nominasiyasında "NETTY 2015" Azərbaycan Milli İnternet Mükafatına layiq görülməsidir.
"Ölkə.Az" vətəndaş jurnalistikasına da geniş yer ayırır. Belə ki, redaksiyanın əlaqə vasitələri ilə oxucular qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya istər telefon, istər e-mail, istərsə də sosial şəbəkələr üzərindən operativ məlumat vermək imkanları var.
Saytın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-lər, hüquq-mühafizə orqanları ilə aktiv şəkildə əməkdaşlıq edir. "Ölkə.Az" 14 saat ərzində fasiləsiz yayımı ilə daim oxucularını ölkəmizdə və dünyada baş verən haqdisələrlə isti-isti tanış etməkdə davam edir. Oxucularımızın diqqəti bizim ən böyük uğurumuzdur!
Qeyd edək ki, xəbər saytının baş redaktoru Məmməd Gülməmmədov, məsul redaktoru isə Qafqaz Ömərovdur.
AzNews.info İnformasiya Portalı olaraq, həmkarlarımızı təbrik edir, onlara bol-bol yaradıcılıq uğurları arzu edirik!
Mənbə:> AzNews.info