2 yaşımızdayıq!
Bugün saytımızın 2 yaşı tamam olur.
“AZNEWS.INFO” informasiya portalı 2013-cu il fevralın 13-də Orxan Səfərlinin təşəbbüsü ilə yaradılıb. Saytın redaktoru Mircavad Fatullayevdir. AZNEWS.INFO internet qəzeti tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı dünyada baş verən ən aktual xəbərlər portalda yayımlanır. Bundan basqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.
Bu 2 ildə bizi seçdiyi üçün hər bir “AZNEWS.INFO” oxucusuna dərin minnətdarlığımızı bildiririk. Biz sizin üçün çalışırıq!
Mənbə:> AzNews.info