AŞPA-da insan hüquqları üzrə yeni müvəkkil seçildi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında insan hüquqları üzrə yeni müvəkkil seçilib.
Virtualaz.org-un məlumatına görə, parlamentarilər bu posta Dünya Miyatoviçi (Bosniya və Herseqovina) layiq biliblər.
Yeri gəlmişkən, müvəkkil vəzifəsinə namizədlərin siyahısında Goran Klemençiç (Sloveniya) və Pyer-yves le Borgenin (Fransa) adları da olub.
Onu da qeyd edək ki, bundan əvvəl Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks olub. O bu postda 2012-ci ildən fəaliyyət göstərib.
Mənbə:> Virtualaz.org