Rusiya BMT-nin İnsan haqları üzrə Şurasına seçilmədi
Rusiya BMT-nin İnsan haqları üzrə şürasına seçilmək üçün yetərincə səs toplaya bilmədi.
Oxu.Az RİA Novostiyə istinadən xəbər verir ki, Şərqi Avropa ölkələrindən iki yeri Xorvatiya və Macarıstan tutacaq.
BMT-nin Baş Assambleyasında təşkilatın İnsan haqları üzrə Şurasına 2017-19-cu illər üçün 14 yeni üzv seçilib. Şərqi Avropa dövlətlərindən İnsan haqları üzrə Şurada yer almağa namizəd olan Rusiya 112 səs toplayıb.
Nəticədə Şurada Şərqi Avropa ölkələrindən iki yeri 114 səs ilə Xorvatiya və 144 səs ilə Macarıstan tutub.
Bundan başqa 2017-ci ilin yanvar ayının 1-dən İnsan haqları üzrə Şuraya üç illik müddətə Braziliya, Böyük Britaniya, Misir, İraq, Çin, Kuba, Ruanda, Səudiyyə Ərəbistanı, Tunis, CAR, ABŞ və Yaponiya daxil olacaq.
Mənbə:> Oxu.az