AŞPA Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin məsələsinə baxacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

AŞPA Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin məsələsinə baxacaq

AŞPA Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin məsələsinə baxacaq


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin iclasında Azərbaycan tərəfindən təqdim olunan 3 hakimin namizədliyi məsələsinə baxılacaq.

Aznews.info APA-ya istinadən xəbər verir ki, iclas sentyabrın 29-30-da Parisdə keçiriləcək.

Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

Yekun qərarın oktyabr ayında AŞPA tərəfindən verilməsi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

Hazırda Azərbaycanın AİHM-dəki hakimi Xanlar Hacıyevdir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *