Qranovski, Qurtovoy, Şneurson...və əlbətdə ki, bizim “Canik” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Qranovski, Qurtovoy, Şneurson...və əlbətdə ki, bizim “Canik” – ÜÇ MAFİOZUN İŞİ

Qranovski, Qurtovoy, Şneurson...və əlbətdə ki, bizim “Canik”

İsrailin dövlət prokurorluğunun iqtisadi cinayətlərə qarşı mübarizə şöbəsi BSD, BGI və “Willi Food İnvestments” şirkətlərinin keçmiş sahiblərivə direktorlar şurasının üzvləri Aleksandr Qranovki, Qriqori Qurtovoy və İosif Şneursonun işi üzrə ittiham aktını baxılması üçün Təl-Əviv dairə məhkəməsinə təqdim edib.

Virtualaz.org xəbər verir ki, bu işdə Azərbaycan Beynəlxalq Bankının da adı keçir. Çünki adları çəkilən şəxslər Cahangir Hacıyevin dövründə Azərbaycan Beynəlxalq Bankından da istifadə edərək mənimsəmələrdə, dələduzluq yolu ilə gəlir əldə etməkdə, korportativ sənədlərə yalan informasiyalar daxil etməkdə və qiymətli kağızlar haqda qanunu pozmaqda ittiham olunurlar.

Virtualaz.org Qurtovoy, Qranovki və Şneursonun işi barədə bundan əvvəl məlumat verib. İttiham aktına əsasən Qranovki və Şneurson adları çəkilən publik şirkətlərin vəsaitlərini Azərbaycan Beynəlxalq Bankında depozit kimi yerləşdirərək sonradan həmin vəsaitdən Qranovkiyə bağlı şirkətlərə kredit alınması üçün təminat kimi istifadə edib. Bu sxem şirkətlərin və onların rəhbərlərinin xəbərləri olmadan həyata keçirilib, habelə ictimaiyyət qiymətli kağızlar haqda qanunun tələblərinə uyğun olaraq məlumatlandırılmayıb.

Qranovski, Qurtovoy, Şneurson...və əlbətdə ki, bizim “Canik”
Aleksandr Qranovki

2015 ilin iyulunda Qranovski yuxarıda adları çəkilən şirkətlərin nəzarət səhm paketini Qurtovoya verib. Həmin şirkətlərin Azərbaycan Benəlxalq Bankında və bir Avstriya bankında 60 milyon dollar depoziti olub. Lakin istintaq hesab edir ki, Qurtovoy öz səlahiyyətlərindən istifadə edərək həmin depozitlərin praktikada əlçatan olmadığı barədə məsələni gizlədib. Çünki bu vəsaitlər qarantiya kimi göstərilərək onun əsasında Qurtovoya və Qranovkiyə bağlı şirkətlərə kreditlər alınmışdı. Qurtovoy isə direktorlar şurasına təhrif olunmuş informasiyaların yer aldığı sənədlər təqdim edib, həmin sənədlərdə Azərbaycan Beynəlxalq Bankındakı pullardan istifadənin mümkün olmadığı barədə heç nə deyilmirdi.

Xatırladaq ki, üç mafiozun qurduğu bu fırıldaq sxeminin üstü Azərbaycan Beynəlxalq Bankı ətrafındakı məlum proseslərdən sonra açılmışdı. Ötən il BSD Crown şirkəti bəyan etmişdi ki, 2015-ci ilin dekabrında Azərbaycan Beynəlxalq Bankına depozit kimi yerləşdirdiyi 13.6 milyon dollar depoziti geri ala bilmir.

Şirkətin baş icraçı direktoru, iş üzrə fiqurantlardan biri olan Yosif Şneurson bildirirdi ki, 2015-ci il dekabrın 15-də Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi depozitin geri alınması üçün müraciət edilib. Azərbaycan Beynəlxalq Bankı təsdiq edib ki, şirkətin 13.6 milyon dollarlıq depozitini saxlayır. Lakin həmin pulların qaytarılmasına dair şirkətin müraciətinə cavab olaraq Beynəlxalq Bank bir qədər vaxt istəyib. Daha sonra Beynəlxalq Bank pulların 2017-ci ilin mayına qədər 12 aylıq müddət ərzində faizləri ilə birlikdə geri qaytarılmasını təklif edib. Razılaşmaya əsasən birinci ödəniş 500 min dollar olmalı idi.

Qranovski, Qurtovoy, Şneurson...və əlbətdə ki, bizim “Canik”


“Beynəlxalq Bankın əsasən dövlət bankı olduğunu, Azərbaycanda ümumən likvidlik və valyuta məsələlərini nəzərə alaraq şirkət təklifi qəbul etməyə razılıq verib. Bununla belə 2016-cı il iyulun 20-nə qədər Azərbaycan Beynəlxalq Bankı şirkətə cəmi 250 min dollar qaytarıb. Nəticədə şirkət əlavə olaraq bütün mümkün yollardan istifadə etməyi nəzərdən keçirir və Azərbaycan Beynəlxalq Bankının depoziti mümkün qədər tez geri qaytaracağını gözləyir”-baş icraçı direktor bildirir.

Daha sonra məlum olmuşdu ki, şirkətin Beynəlxalq Bankda yerləşdirdiyi həmin depozit sonradan başqa şirkətlərə ayrılan kreditlərə görə zəmanət kimi istifadə edilib. Həmin kreditlər isə geri qaytarılmadığından depozit batmış sayılır.

İş üzrə fiqurantlardan Aleksandr Qranovski Ukraynanın Çerkassk vilayətində anadan olub. Bu ölkədə iri biznesmenlərdən biridir, “Focus” jurnalının sahibidir. Habelə Qranovski spirtli içkilər istehsalı, bank və otel biznesi kimi sahələrdə çoxsaylı aktivlərə malikdir. 2007-ci ildən İsrailə investisiya yatırmağa başlayıb, 2013-cü ildə “Willi Food” şirkətinin nəzarət səhm paketini alıb. Daha sonra səhmlərdən mənfəət əldə edə bilmədiyi üçün satmağa qərar verib.

Qranovski, Qurtovoy, Şneurson...və əlbətdə ki, bizim “Canik”
Qriqori Qurtovoy

2016-cı ilin iyulunda Qranovski BGİ holdinqinin səhmlərini yəhudi əsilli ukraynalı maqnat Qriqori Qurtovoya satıb. Qurtovoy 2017-ci ilin əvvəllərində bəyan edib ki, Qranovski BGİ-nin səhmlərinə nəzarət edəndə şirkətin vəsaitlərinin bir hissəsi Avstriya və Azərbaycan bankında depozit kimi yerləşdirilib. Daha sonra həmin vəsaitlər hansısa şirkətlərin götürdüyü kreditlərə görə bank təminatı kimi göstərilib.

Lakin Qurtovoy özü Qranovskinin biznesini “fırladan” adam kimi tanınır və İsraildə onun həmin bəyanatına inanmadılar. İsrailin Qiymətli Kağızlar İdarəsi bildirdi ki, Qurtovoy və BGİ-nin iki yüksək vəzifəli əməkdaşı “qlobal miqyasda heyrətamiz dələduzluq” əməli törədiblər. Onlar şirkətin vəsaitlərini qanunsuz yollarla xarici banklarda yerləşdirərək maliyyə hesabatından gizlədiblər. İdarə biznesmenə qarşı araşdırma başladıb və bu ilin fevralında Qurtovoy BGİ holdinqinin vəsaitlərini qanunsuz yollarla xaricə çıxarmaqda ittiham edilərək həbs olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *