Oliqarxların həbsinin ikinci dalğası başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Oliqarxların həbsinin ikinci dalğası başladı

Oliqarxların həbsinin ikinci dalğası başladı


Beynəlxalq Bankdan iri məbləğlərdə kredit borcu olan oliqarxların işi üzrə həbslərin ikinci dalğası başlayıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bir müddət ölkənin dərman bazarında əsas oyunçu hesab edilən “Riyad-Farm” MMC-in prezidenti Həsən Şərifov yenidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunub.

Onun barəsində ötən həftənin cümə günü Nərmianov Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məhkəmədəki mənbələrdən məlum olub ki, iş adamına Cinayət Məcəlləsinin 178.2-ci (iri məbləğlərdə dələduzluq) maddəsi ilə rəsmi ittiham irəli sürülüb.

Xatırladaq ki, Həsən Şərifov və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev Beynəlxalq Banka kredit borcu olan oliqarxların kütləvi həbsi kampaniyasında saxlanılıb. Daha sonra H.Şərifov banka borcun bir hissəsinin ödənilməsi şərti ilə sərbəst buraxılıb.

Lakin belə görünür ki, istintaqla anlaşma pozulub və iş adamı bu dəfə rəsmi ittihamla üzləşərək barəsində həbs qərarı çıxarılıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Riyad-Farm”ın Beynəlxalq Bank qarşısında cəmi 24 milyon dollarlıq kredit öhdəlikləri var. Bu öhdəliklərə şirkətin Almaniyanın “Kommerzbank” bankından Azərbaycan Beynəlxalq Bankının zəmanəti ilə aldığı 14 milyon dollar kredit və Sahibkarlığa Kömək Milli Fondundan alınan 10 milyon dollar kredit daxildir.

Qeyd edək ki, Beynəlxalq Bank Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi “Riyad-Farm”a kredit ayırıb. Həmin kreditlərin ödənilməsi müddəti 2017-2019-cu illərdə bitir.

Xatırladaq ki, “Riyad-Farm” MMC hazırda faktiki olaraq müflis durumdadır, şirkətin 3300-ə yaxın apteki fəaliyyətini dayandırıb. Şirkət dərman bazarındakı mövqelərini itirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *