Neft Fondu yerli banklara depozit yatıracaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neft Fondu yerli banklara depozit yatıracaq?

Neft Fondu yerli banklara depozit yatıracaq?


“Dövlət Neft Fondunun (SOFAZ) yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə, bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər”.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”ın 3.3. bəndinə əsasən Fond investisiya portfelinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanına malikdir.

Hazırda, SOFAZ-ın yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə, bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər.

Depozitin yerləşdirilmə şərtlərinə gəldikdə isə qeyd etmək istərdik ki, bu vəsait bankda illik 4% olmaqla 1 il müddətinə yerləşdirilib. Faiz dərəcələrinin formalaşdırılması və maliyyə əməliyyatlarının həyata keçirilməsi şərtlərinin yaranmasında ölkənin makroiqtisadi göstəriciləri, maliyyə sahəsinin inkişaf səviyyəsi, aktivlərin həcmi, kredit reytinqi və s. əhəmiyyətli rol oynayır.

Təbii ki, bu göstəriciləri nəzərə almadan gəlir barədə danışmaq bir qədər düzgün yanaşma sayılmaz və bu səbəbdən də biz müxtəlif banklarda depozit yatırımlarını sırf gəlirlilik baxımından müqayisə edə bilmərik”,- o deyib.

Qeyd edək ki, Neft Fondu Beynəlxalq Banka 1 milyard dollar depozit yatırıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *