Azərbaycanın investisiyalarının əksəriyyəti Avropadadır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanın investisiyalarının əksəriyyəti Avropadadır

Azərbaycanın investisiyalarının əksəriyyəti Avropadadır


Dövlət Neft Fondu (SOFAZ) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatını açıqlayıb.

Oxu.Az xəbər verir ki, fonddan verilən məlumata görə, hal-hazırda (iyul ayının 1-nə olan məlumata əsasən) investisiya portfelinin 44,99%-i Avropa, 27,07%-i Asiya/Sakit okean, 23,07%-i Şimali Amerikada yerləşdirilib.

Bundan başqa, SOFAZ-ın digər investisiyaları 0,39% Yaxın Şərq, 3,83%-i Avstraliya/Yeni Zelandiya, 0,21%-i Cənubi Amerikadadır. Neft Fondunun investisiya portfelinin 0,44%-i isə beynəlxalq maliyyə institutlarında yerləşdirilib.

Qeyd edək ki, hesabat dövründə SOFAZ-ın aktivləri 35 milyard 117,9 milyon ABŞ dollarına bərabər olub.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *