Neft Fondunun investisiya portfelində dəyişikliklər gözlənilirmi? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neft Fondunun investisiya portfelində dəyişikliklər gözlənilirmi? – AÇIQLAMA

Neft Fondunun investisiya portfelində dəyişikliklər gözlənilirmi?


Dövlət Neft Fondu (SOFAZ) Oxu.Az-ın Fondun gələcək xərclərində, investisiya portfelində dəyişikliklər və digər məsələlər ətrafında sorğusunu cavablandırıb.

Oxu.Az Fondun suallar ətrafında cavablarını təqdim edir.

1. Cari iqtisadi vəziyyətlə əlaqədar Dövlət Neft Fondunun xərclərində hansısa bir dəyişiklik nəzərdə tutulurmu?

- Dövlət Neft Fondunun büdcəsi icmal büdcənin tərkib hissəsidir. 2016-cı ildə dövlət büdcəsi, eyni zamanda SOFAZ-ın büdcəsinə dəyişikliklər edilib.

Son dəyişikliklərə uyğun olaraq, Fondun büdcəsində dövlət büdcəsinə transfertin məbləği 6 000,0 milyon manatdan 7 615 milyon manata qədər, manatın devalvasiyası ilə əlaqədar xarici valyuta ilə maliyyələşdirilən Cənub-Qaz Dəhlizi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclərin manat ekvivalenti ilə miqdarı 1822,8 milyon manatdan 2355,3 milyon manata qədər artırılıb.

SOFAZ-ın büdcəsinə “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi ilə bağlı 331,8 milyon manat məbləğində xərc maddəsi əlavə edilib.

Eyni zamanda, beynəlxalq banklarda və maliyyə institutlarında vəsaitlərin saxlanılması ilə bağlı xərclərin manat ekvivalenti ilə bahalaşması səbəbindən Fondun əməliyyat və vəsaitlərinin idarə edilməsi ilə bağlı xərc maddəsi 24,4 milyon manatdan 32,7 milyon manata qədər artırılıb.

Beləliklə, SOFAZ-ın 2016-cı il üçün büdcəsinə edilmiş dəyişikliklərə əsasən, Fondun büdcə xərclərinin ümumi həcmi 8 181,4 milyon manatdan 10 668,9 milyon manata qədər artırılıb.

2. SOFAZ-ın investisiya porfelində dəyişikliklər gözlənilirmi?

- Bildiyiniz kimi, SOFAZ-ın investisiya strategiyası Fondun investisiya siyasətinə və qaydalarına uyğun olaraq həyata keçirilir və vəsaitlərin uzunmüddətli dövr ərzində alıcılıq qabiliyyətinin qorunub saxlanılması, eləcə də gəlirliliyin artırılması onun investisiya strategiyasının əsasını təşkil edir.

SOFAZ-ın 2016-cı ildə təsdiq olunmuş investisiya siyasətindəki müvafiq dəyişikliklərə əsasən, investisiya portfelinin həcmində daşınmaz əmlak və səhmlərə yatırılan investisiyaların ümumi portfeldə payı müvafiq olaraq 10% və 15% səviyyəsinə qədər artırılıb.

Fondun 2016-cı ildə investisiya strategiyasının icrası çərçivəsində əsas məqsədi göstərilən bölgülər üzrə daşınmaz əmlak və səhmlərə yatırılan əlavə investisiyaları səmərəli təşkil etməkdən ibarətdir.

Məlum olduğu kimi, SOFAZ daşınmaz əmlak üzrə investisiya strategiyasının ilkin mərhələsində nəzərdə tutulan birbaşa yatırımları uğurla davam etdirir və aşağı və ya orta riskli əmlaklara yönəldilən investisiyalardan əldə edilən pul axınları ümumi portfelin gəlirliyinə də töhfə verməkdədir.

Fond 2016-cı ildə genişşaxəli portfelin qurulması çərçivəsində daşınmaz əmlak portfelində birbaşa daşınmaz əmlak imkanları ilə yanaşı, daşınmaz əmlak fondlarına investisiyanın reallaşdırılmasına da başlayıb. Qeyd olunan istiqamətdə investisiyalar həm coğrafi olaraq portfelin diversifikasıyasının təmin edilməsi, həm də ümumi gəlirliliyin yüksəldilməsi baxımından mühüm vasitə olacaqdır.

Səhmlərə gəldikdə isə, Fondun artıq bu maliyyə aləti üzrə formalaşdırılmış investisiya strategiyası mövcuddur və 2016-cı ildə əlavə edilməsi nəzərdə tutulan səhm yatırımlarının dünyanın müxtəlif iri şirkətlərini özündə birləşdirən səhm indekslərinə və bir sıra regionları əhatə edən özəl səhm fondlarına istiqamətləndirilməsi planlaşdırılır.

3. Fond tərəfindən daxili istehsalın hansı sahələrinə investisiya yatırıla bilər və bu planda varmı?

SOFAZ-ın Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti dövlət və yaxud qeyri-dövlət müəssisələrinə kredit (borc) verilə bilməz. Bununla əlaqədar Fond tərəfindən birbaşa olaraq daxili istehsal sahələrinə vəsait ayrılmır.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb ki, Şirkətin nizamnamə kapitalı məhz SOFAZ-ın vəsaiti hesabına formalaşdırılıb.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *