Neft Fondunun 2016-cı il üçün gəlirləri açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neft Fondunun 2016-cı il üçün gəlirləri açıqlandı

Neft Fondunun 2016-cı il üçün gəlirləri açıqlandı


Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Oxu.Az-a verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin 6 milyard 711 milyon 564,1 min manat, xərclərinin 8 milyard 261 milyon 399,7 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 24 milyon 420 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.

Müvafiq olaraq Fondun 2016-cı il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.

Bununla yanaşı iclasda Neft Fondunun mühasibat sisteminin “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartların”dan “Maliyyə Hesabatlarının Beynəlxalq Standardları”na keçidi və bu keçidə uyğun olaraq hazırlanmış yeni Mühasibat Uçotu Siyasəti və Hesablar Planı məqbul hesab edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *