Artur Rasi-zadə iclas keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Artur Rasi-zadə iclas keçirdi

Artur Rasi-zadə iclas keçirdi


2015-ci il yanvar ayının 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ANS PRESS-in fondun saytına istinadən məlumatına görə, Azərbaycanın baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda fondun 2015-ci il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən ARDNF-in 2015-ci il üçün büdcə layihəsinə, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərə dair icraçı direktor Şahmar Mövsümov tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, fondun 2015-ci il büdcəsinin gəlirlərinin 10 246 611,9 min manat, xərclərinin 11 813 909,2 min manat, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 318,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.

Müvafiq olaraq fondun 2015-ci il büdcə layihəsi, o cümlədən ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *