Azərbaycanın Dövlət Neft Fondu Milanda daşınmaz əmlak alır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanın Dövlət Neft Fondu Milanda daşınmaz əmlak alır

Azərbaycanın Dövlət Neft Fondu Milanda daşınmaz əmlak alır


Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri) və Qətərdən olan suveren fondlarla birlikdə İtaliyanın Milan şəhərində ayrı-ayrılıqda üç daşınmaz əmlakın alınmasına və inkişaf etdirilməsinə ümumilikdə 380 milyon dollar sərmayə yatırmaq barədə razılıq əldə edib.

Oxu.Az xəbər verir ki, bu barədə The Wall Street Journal-a əməliyyatla yaxın mənbə məlumat verib.

Bildirilir ki, Əbu-Dabinin (BƏƏ) investisiya orqanı 1960-cı ildə tikilmiş binanı alır. Həmin bina sökülərək yerində yeni qüllə inşa olunacaq. Azərbaycanın Dövlət Neft Fondu isə İtaliya ticarət palatasından bina alır, mənbə WSJ-yə bildirib.

Qatarın investisiya orqanı dekabrın 22-də BNP Paribas SA-dan daşınmaz əmlak almaq barədə razılıq əldə edib, nəşr yazır.

Qeyd olunur ki, daşınmaz əmlakların alış qiymətləri açıqlanmayıb.

380 milyon dollara hər üç binanın yenidən layihənləndirilməsi dəyəri daxildir. Hər üç obyekt İtaliyanın Coima SGR daşınmaz əmlak şirkəti tərəfindən idarə olunacaq, mənbə bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *