Neft Fondu xərclərinə qənaət edib
Bu barədə Oxu.Az SOFAZ-ın 2015-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir.
Bu xərclərin əsas hissəsi (8 milyard 130 milyon manat və ya 88,5%) dövlət büdcəsinə transfert edilib.
1 milyard 29,9 milyon manatı SOFAZ-ın büdcəsi çərçivəsində maliyyələşdirilən layihələrə, 27,9 milyon manatı Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə yönəldilib.
2015-ci ildə ölkədə xam neftin aşağı qiymətləri dövründə SOFAZ vəsaitində kəskin azalmanın qarşısını almaq məqsədilə, SOFAZ-ın büdcəsində nəzərdə tutulan 10 milyard 388 milyon manat vəsaitdən 8 milyard 130 milyon manatı dövlət büdcəsinə transfer edilib, 2 milyard 258 milyon manat vəsaitə qənaət edilib.
Ötən il SOFAZ-dan transfert dövlət büdcəsinin gəlirlərinin 46,4%-ni, dövlət büdcə xərclərinin 45,7%-ni təşkil edib.
Mənbə:> Oxu.Az