Neft Fondu 7 milyard dollardan çox gəlir əldə edib
Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) 2015-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 7,223 milyard ABŞ dolları daxil olub.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
“Bu məbləğin 6,9 milyard dollar AÇG-dən mənfəət neftinin, 323 milyon dollar “Şahdəniz” yatağından qazın satışından əldə olunub.
2001-ci ildən bu il yanvarın 1-dək AÇG-dən 117 mlrd. dollar, 2007-ci ildən isə "Şahdəniz" yatağından 2,4 milyard dollar vəsait əldə olunub.
Vəsaitlərin idarə edilməsindən 2001-ci ildən ötən il dekabrın 31-dək 3,6 milyard dollar gəlir əldə edilib”, - deyə SOFAZ-dan qeyd edilib.
Mənbə:> Oxu.Az