Təbriz və Ərdəbildə etirazlar: Onlarla saxlanılan var
İran hüquq-mühafizə qüvvələri Ərdəbildə iğtişaşlar zamanı ən azı 40 nəfəri həbs ediblər.
Oxu.Az-ın Mehr agentliyinə istinadən məlumatına görə, onların əksəriyyəti dindirildikdən sonra sərbəst buraxılıblar, lakin 15 nəfər isə hələ də həbsdə qalıb.
Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb.
Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 22 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.
Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.
Mənbə:> Oxu.Az