İranda etirazlar pik həddə: 29 ölü – FOTO
İranda gərginlik pik həddə çatıb.
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, etirazlarda ölənlərin sayı 29 nəfərə çatıb. Ötən gecə etirazçılar və polis arasında baş verən gərginlik zamanı 9 nəfər ölüb. Hadisələr zamanı həbs edilənlərin sayı 400 nəfərə çatıb.
Etirazlar 29 şəhərdə davam edir. İran prezidenti Həsən Ruhani etirazçıların çox az olduğunu və onlarla mübarizə aparacağını deyib.
Xatırladaq ki, etirazlar Məşhəd şəhərində sosial problemlərə etiraz olaraq başlayıb. Amma qısa müddət ərzində bir çox şəhərlərə yayılıb. ABŞ etiraz edənlərə dəstəyini açıqlayıb.
Mənbə:> Missiya.az