İranda etirazlar davam edir: Azərbaycanlı öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Video

İranda etirazlar davam edir: Azərbaycanlı öldürüldü – VİDEO

İranda etirazlar davam edir: Azərbaycanlı öldürüldü


İranda baş verən aksiyalarda bir azərbaycanlı öldürülüb.

AzNews.info xəbər verir ki, yerli mənbələrdən APA TV-yə daxil olan məlumata görə, Əli Əkbər Murtaza oğlunun Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində öldürüldüyü bildirilir.

Əli Əkbər aksiyada iştirak etdiyi vaxt polis və təhlükəsizlik qüvvələri etirazçılara hücum edib.

O, yaranan qarşıdurma zamanı aldığı zərbədən həyatını itirib.

Qeyd edək ki, ötən gün İranda Azərbaycan türkləri izdihamlı etiraz aksiyaları keçirib.

Aksiya iştirakçıları noyabrın 6-da İranın “Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər. Etirazlar Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda baş tutub.

Polis və təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib. Çoxlu sayda yaralı var. Bir neçəsi ictimai fəal olmaqla onlarla aksiya iştirakçısı saxlanılıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *