Venesuelada etiraz aksiyalarında iştiraka görə 1300 adam saxlanılıb
Venesuelada etiraz aksiyaları başlayan andan indiyə qədər saxlanılan şəxslərin sayı 1,3 minə çatıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Venesuela cinayət forumu” QHT-nin rəhbəri Alfredo Romero “Twitter” mikrobloqunda yazıb.
“Venesuelada kütləvi etiraz aksiyaları aprelin 4-dən davam edir. Həmin tarixdən indiyə qədər etiraz aksiyalarında iştirak etdiyinə görə 1289 nəfər saxlanılıb”, - Romero yazıb.
Etiraza səbəb Ali məhkəmənin milli müxalifət assambleyasının fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran qərarı olub.
Qərar sonradan ləğv edilib, amma müxalifət tərəfdarları məhkəmə üzvlərinin istefası tələbi ilə küçələrə çıxıblar.
Mənbə:> Oxu.Az