Ağ Evin saytında petisiya bölməsi bağlandı
Ağ Ev administrasiyası öz rəsmi saytında petisiya bölməsini bağlayıb.
Saytda həmin bölmənin yenidən işlənməsinə dair elan yerləşdirilib. Petisiya qəbulunun gələn ilin yanvarında bərpa olunacağı bildirilir. Həmçinin qeyd olunub ki, kifayət qədər imza toplamış petisiyalarla bağlı cavablar bölmənin yenidən fəaliyyətə başlamasından sonra verilək.
Qeyd edək ki, petisiya bölməsi ABŞ-ın əvvəlki prezidenti Barak Obamanın vaxtında məşhur olub. Qaydalara əsasən yerləşdirilən petisiya 100 mindən çox imza toplayırsa, Ağ Ev bu məsələyə rəsmi münasibət bildirməlidir.
Mənbə:> Virtualaz.org