100 min britaniyalı Netanyahunun həbsini tələb edir
100 mindən çox britaniyalı İsrailin baş naziri Binyamin Netanyahunun Londona sentyabrdakı səfəri zamanı hərbi cinayətlərə görə həbsini tələb edən petisiya imzalayıb.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, petisiya Britaniya parlamentinin saytında avqustun 7-də yerləşdirilib.
Petisiyanın müəllifi Demian Moran 65 yaşlı siyasətçini 2014-cü ildə iki mindən çox insanın qətlinə görə həbs etməyə çağırıb.
Əgər petisiya 100 min imza toplasa, sənədə Britaniya parlamentində debatlarda nəzərdən keçirməlidirlər.
Petisiya 10 min imza toplayırsa, Böyük Britaniya hökuməti ona cavab verməlidir.
Moranın petisiyasına gəldikdə, ölkə rəhbərliyi bildirib ki, “səfərə gələn baş nazir Netanyahu kimi xarici dövlətlərin başçıları məsuliyyətə cəlb olunmağa qarşı immunitetlərə malikdirlər. Onlar nə həbs oluna, nə də saxlanıla bilərlər”.
Lakin Böyük Britaniya hakimiyyəti Netanyahunu səfəri zamanı bu barədə məlumatlandıracağına söz verib.
Mənbə:> Oxu.Az