Serjə qarşı yeni petisiya » AzNews.info -Xəbər portalı

Serjə qarşı yeni petisiya

Serjə qarşı yeni petisiya


AzNews.info xəbər verir ki, qlobal petisiya saytı olan Avaaz.org-da Serj Sarkisyana qarşı da petisiya yaradılıb. Xocalı faciəsinin il dönümü ərəfəsində yaradılan bu petisiya, başda Serj Sarkisyan olmaqla ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri dünya ictimaiətinə çatdırmağa hesablanıb. Petisiyanın mətnində deyilir:

"Təəssüf ki, Ermənistanın hal-hazırki prezidenti Serj Sarkisyan, Azərbaycana qarşı dəfələrlə olan hücum siyasətinə görə hələ də beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmamış qalır. Serj Sarkisyan ermənilər tərəfindən öldürülən yüzlərlə insanın - Xocalı faciəsi qruplarının təşkilatçısı olmuşdur. Xocalıda erməni silahlı qüvvələri tərəfindən 25-26 fevralda dağıntılar törədilmişdir. Nəticədə yüzlərlə Azərbaycanlı öldürülmüş və tutulmuşdur. Onun "Biz Azərbaycana dərs vermək istəyirdik" kimi cəfəngiyyat bəyanatı unudulmamışdır. Xocalı faciəsi ABŞ-ın 15 ştatı, dünyanın 7 ölkəsi tərəfindən tanınmış ve anılmışdır. serj sarkisyanın müharibə cinayətləri ilə yanaşı, o Dağlıq-Qarabağın və 7 ətraf rayonun işğalını da həyata keçirmişdir.
Dünya ictimaiyyəti onun hərbi, siyasi təcavüzünün əleyhinə olmalıdır. 1993-cü ildə BMT Təhlükəsizlik şürası işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə (822,853,874,884) qəbul etmişdir. Lakin qəribədir ki, bu qətnamələr hələ də kağız üzərində qalır."

Petisiyada 100000 nəfərin iştirakı məsələnin BMT-də müzakirəyə çıxarılması üçün təkan ola bilər. Hal-hazırda 14000-dən çox insan petisiyaya qoşulub.
Hər bir azərbaycanlını petisiyada aktiv iştiraka çağırırıq. Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən istifadə edin:

Petisiya

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 29 sentyabr 2017 05:06
  • Yazan: HIKI
For those of you who are willing to motorcycle handlebar risers admit it you can’t really tell one Hog from another, don’t be ashamed. Even if you have the bar end mirrors brochure in front of you, all Harleys run the same leather-and-chrome old school bad boy aesthetic you’ve associated with “Harley-Davidson” since you first dirt bike spoke skins heard about the one your uncle used to have.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *