Qüdsü etiraz dalğası bürüdü
ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, sahildəki bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar.
Ramallahın mərkəzi meydanından hərəkətə keçən fələstinlilər küçələrdə ABŞ və İsrail əleyhinə şüarlar səsləndirirlər.
Tulkerm, Cənin, Kəlkiliyyə, Beyt Ləhm, əl-Xəlil, Əriha yaşayış məntəqələrində etirazçılarla İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.
Gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edən İsrail polisinə fələstinlilər daşlarla qarşılıq verib.
Son məlumatlara görə, baş verən toqquşmalarda azı 25 nəfər xəsarət alıb.
Mənbə:> Virtualaz.org