Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq, amma...
Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcək.
Bu barədə Reuters agentliyi ABŞ Administrasiyasındakı mənbələrə istinadən xəbər yayıb.
Məlumata əsəsən, buna baxmayaraq D.Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini yenidən təxirə salacaq.
Qeyd edək ki, Donald Tramp iyunda da səfirliyi Qüdsə köçürməyi təxirə salmışdı.
Virtualaz.org xatırladır ki, Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq niyyəti haqda hələ 2016-cı ildə prezident seçkilərindən əvvəlki kampaniyanın gedişatında bəyan etmişdi. Beynəlxalq səviyyədə Yerusəlim İsrail paytaxtı kimi qəbul və etiraf edilmir. Çünki şəhərin statusu İsrail və Fələstin arasında sülh danışıqlarının gedişatında müəyyən edilməlidir. Məsələ ondadır ki, fələstinlilər Yerusəlimin 1967-ci ildə israillilər tərəfindən tutulmuş şərq hissəsini gələcək müstəqil Fələstin dövlətinin paytaxtı elan etmək istəyirlər...
Mənbə:> virtualaz.org