Azərbaycan Müdafiə Nazirliyi Litva və Latviya ilə hərbi əməkdaşlığı gücləndirir
Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənovun Litva və Latviyaya rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib.
Müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək isə Latviyada rəsmi səfərdə olacaq.
Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Mənbə:> Trend