Kataloniyanın sabiq rəhbəri Barselonaya qayıdır – YENİLƏNİB
Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Brüsseldən Barselonaya qayıdır. APA-nın verdiyi xəbərə görə, Brüsseldən Barselonaya uçan təyyarənin göyərtəsində K.Puçdemondan başqa Kataloniya Daxili İşlər Şurasının sabiq rəhbəri Joakim Forn və əmək və sosial məsələlər üzrə keçmiş müşavir Dolors Bassa da var. Bu barədə “La Vanguardia” nəşrinə təyyarədəki digər sərnişinlər xəbər verib.
Xatırladaq ki, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri (ümumilikdə 14 nəfər) ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. Onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onlar barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək.
Onu da qeyd edək ki, Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərinin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.
***00:39
Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar.
APA-nın verdiyi xəbərə görə, onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onlar barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək.
Məlumata görə, əgər K.Puçdemon və digərləri Brüsseldə qalmağa qərar versələr, onlar Madridin sorğusu əsasında Belçika polisi tərəfindən həbs ediləcəklər.
Qeyd edək ki, Kataloniya hökumətinin keçmiş üzvləri üsyanın təşkilində ittiham olunurlar.
Yeri gəlmişkən, virtualaz.org bildirir ki, İspaniya hökuməti tərəfindən Kataloniyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılan Karles Puçdemon oktyabrın 31-də Brüsseldə keçirdiyi mətbuat konfransında Belçikadan sığınacaq istəmək niyyətində olmadığını bəyan edib.
O, Belçika paytaxtına sığınacaq almaq yox, təhdidlərdən yayınmaq üçün gəldiyini bildirib. Puçdemon evə dəqiq nə vaxt qayıdacağına aydınlıq gətirməyib və bunun İspaniya hökumətinin zəmanətlərindən asılı olacağını söyləyib.
Mənbə:> APA