Kiyev Məhkəməsi Yanukoviç barəsində həbs qərarı çıxarıb » AzNews.info -Xəbər portalı

Kiyev Məhkəməsi Yanukoviç barəsində həbs qərarı çıxarıb

Kiyev Məhkəməsi Yanukoviç barəsində həbs qərarı çıxarıb

Kiyevin Peçersk məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin və Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vitali Zaxarçenkonun "kilsə işi" üzrə həbsi barədə qərar çıxarıb.

Report xəbər verir ki, bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəmə Baş Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Yanukoviç və Zaxarçenkonu həbs etməyə razılıq verib. Bu, həmçinin Kiyev milisinin keçmiş rəisi Valeri Koryaka da aiddir.

Müstəntiqin sözlərinə görə, şübhəli şəxslər istintaqdan və məhkəmədən gizlənirlər. Onları saxlamaq və hüquqi tədbirlər görmək üçün məhkəməyə gətirmək lazımdır.

Zaxarçenko, Yanukoviç və Koryak Ukraynanın pravoslav kilsəsinin nümayəndəsi Aleksandr Drabinkonun azadlıqdan qanunsuz məhrum edilməsində şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, Yanukoviç və onun ətrafı mərhum mitropolitə vəzifəsindən uzaqlaşmaq üçün təzyiq göstəriblər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *