Kataloniya rəhbəri Belçikaya qaçdı
İspaniyanın Kataloniya Muxtar Əyalətinin hökumət başçısı Karles Puçdemon ölkədən qaçıb.
"Report"un verdiyi xəbərə görə, o, Belçikaya sığınıb.
K.Puçdemonla yanaşı Kataloniyada referendum keçirilməsində və müstəqilliyinin elan olunmasında fəal iştirak edən muxtariyyət rəsmiləri də İspaniyadan qaçıb və hazırda Brüssel şəhərindədirlər.
Belçika hökumətinin təmsilçisi Kataloniya muxtariyyəti liderlərinin sığınma haqqında müraciətlərinin təmin ediləcəyini bildirib.
İspaniyanın baş prokuroru Joze Manuel Maza Kataloniya liderlərinin krallıqdan ayrılması istiqamətində fəaliyyətilərinə görə Cinayət Məcəlləsinin qiyama təhrik etmə maddəsi ilə cinayət işi açıb. Bas prokuror bildirib ki, onlar ictimaiyyətin inamından sui-istifadədə ittiham olunurlar.
Mənbə:> Report