26 ildən sonra ilk dəfə ABŞ-ın nüvə qırıcıları döyüş hazırlığına gətirilə bilər
ABŞ Hərbi Hava Qüvvələri "soyuq müharibə" illərindən bəri ilk dəfə "B-52" nüvə qırıcılarının sutkalıq döyüş hazırlığına gətirilməsi ilə bağlı əmr gözləyir.
"Defence One" nəşri yazır ki, mənbələr hazırda belə əmrin olmadığını, ancaq ona hazırlığın aparıldığını vurğulayıb.
ABŞ HHQ Qərargah rəisi, genaral Devid Qolfeyn nüvə bombardmançılarının mümkün sutkalıq döyüş hazırlığına gətirilməsinin ABŞ-ın geosiyasi vəziyyətin dəyişməsinə qarşı çoxsaylı manevrlərdən biri olduğunu qeyd edib.
Onun sözlərinə görə, dünyada açıq şəkildə nüvə silahından istifadə edəcəyi ilə bağlı bəyanatlar verən dövlət peyda olub.
"Artıq ABŞ və Sovetlər Birliyinin olduğu ikiqütblü dünya yoxdur. Nüvə potensialı olan oyunçular da var", - general əlavə edib.
Mənbə:> virtualaz.org