ABŞ nüvə silahından istifadə doktrinasını yenidən nəzərdən keçirəcək
ABŞ cari ilin yazında nüvə silahından istifadə doktrinasını yenidən nəzərdən keçirəcək.
APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin generalı Devid Qoldfeyn bildirib.
“Güman edirəm ki, yaz aylarında biz nüvə silahından istifadə doktrinamızı yenidən nəzərdən keçirəcəyik”, - deyə general jurnalistlərə açıqlamasında deyib.
Mənbə:> APA