Felqenqauer: Putin Türkiyəyə qarşı nüvə silahından istifadə edə bilər
“Təhlükə realdır”.
Rusiyalı hərbi ekspert Pavel Felqenqauer hesab edir ki, Rusiya və Türkiyə arasında münaqişə o həddə çata bilər ki, Moskva nüvə silahından istifadə etsin, Oxu.Az inosmi.ru-ya istinadən xəbər verir.
“Mən bu barədə Moskvada, Vaşinqtonda və Brüsseldə demişəm. Görüşlərdə, müsahibələrdə, məqalələrdə. Mən xəbərdarlıq edirəm, çünki təhlükə realdır. Bu o demək deyil ki, müharibə qaçılmazdır, lakin yenə də deyirəm ki, təhlükə var. İstisna deyil ki, bu nüvə müharibəsi də ola bilər”, - o deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə münasibətləri sentyabrda Türkiyədə Rusiya təyyarəsinin vurulmasından sonra pisləşdi.
“Əgər türklər daha bir təyyarə vursalar, və ya gəmi batırsalar, Moskva cavab verəcək. Ankara isə daha irimiqyaslı hücum gerçəkləşdirə bilər, bu zaman münaqişə Aralıq, Qara dəniz və Qafqaz ərazisinə də yayılacaq. Hər iki tərəfin itkiləri artanda isə Putin daha təhlükəli silahlar tətbiq edəcək.
O, Sibirdən uzaqmənzilli raketləri buraxmayacaq. Putin göstərəcək ki, Amerikaya hücum etmək niyyətində deyil, yalnız Türkiyədə bir neçə obyekt məhv etmək istəyir”, - ekspert əlavə edib.
Mənbə:> Oxu.Az