Putin Əsədə sığınacaq verə bilər
Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədə sığınacaq vermək barədə danışmağın tez olduğunu hesab edir.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, o, bu barədə Almaniyanın Bild nəşrinə verdiyi müsahibəsində bildirib.
“Mənə elə gəlir ki, bunu müzakirə etmək tezdir. Biz cənab Snoudenə sığınacaq verdik, bu, Əsədə sığınacaq verməkdən çətin idi”, - Putin bəyan edib.
Onun sözlərinə görə, ilkin olaraq Suriya xalqına öz sözünü demək imkanı vermək lazımdır.
“Sizi əmin edirəm ki, əgər bu, demokratik yol ilə keçirilsə, bəlkə də Əsədə heç bir yerə getmək lazım gəlməyəcək. Və onun prezident olub-olmayacağı vacib deyil”, - rusiyalı prezident əlavə edib.
Mənbə:> Oxu.Az