Pentaqonun sabiq rəhbərindən nüvə müharibəsi XƏBƏRDARLIĞI
Nüvə terrorizmi aktı, yaxud ABŞ-la Rusiya arasındakı hərbi əməliyyatların “səhvən” nüvə müharibəsinə qədər böyüməsi, başlıca təhlükələrdir ki, bu da yaxın gələcəkdə nüvə fəlakətinə gətirib çıxara bilər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun sabiq rəhbəri Vilyam Perri bildirib.
Nüvə silahını işləyib hazırlamağa kömək edən Perri özünün bu yaxınlarda işıq üzü görən memuarlarında dünyanı xəbərdarlıq etməyə çalışır ki, bu cür fəlakət təhlükəsi realdır, gündən-günə artır və artıq ən yaxın vaxtlarda həyata keçə bilər.
Sabiq nazir hesab edir ki, ABŞ qitələrarası yerüstü əsaslı ballistik raketlərdən imtina etməlidir və sualtı qayıqlara yerləşdirilmiş bombardmançılara və raketlərə istinad etməlidirlər. Perri həmçinin yeni qanadlı nüvə raketlərinin yaradılmasının əleyhinə çıxış edir.
“Mən hesab edirəm ki, nəinki qiymətinə görə, bizim hamımız üçün yaratdığı təhlükəyə görə, lənətə gəlmiş nüvə yarışını dayandırmaq lazımdır”, - deyə Perri Rusiya nüvə qüvvəsinin müasirləşdirilməsi və ABŞ-ın nüvə arsenalının yeniləşdirilməsi üzrə çoxmilyardlı planları barədə yazır.
Perrinin sözlərinə görə, onun başlıca gecə kabusu nüvə terrorizmidir. Kabusda bir qrup terrorist ABŞ-a bomba gətirir. Bombanı terrorçu yük maşınında Vaşinqtonda Kapitoliya ilə Ağ evin binalarının arasında partlada bilər. Bu da bir anın içində prezident də daxil olmaqla 80 000 adamın ölümünə gətirib çıxarır.
Mənbə:> Oxu.Az