Rusiya türk torpaqlarına nüvə yerləşdirdi
Rusiya Krıma artıq nüvə silahı yerləşdirib.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib. Onun sözlərinə görə, Ukrayna Krımı hərbi yolla geri qaytara bilməz:
“Bizə bəllidir ki, onlar Yalta yaxınlığındakı Qızıldaş nüvə anbarını tam olaraq restavrasiya ediblər. Bu anbar 1994-cü ildə Budapeşt memorandumu imzalanandan sonra bağlanıb. Ukrayna həmin vaxt nüvə silahından imtina etmişdi. İndi Rusiya bu ərazilərə nüvə başlığı daşıya bilən raketlər gətirib. Əgər keçən ilin martında Ukraynanın müdafiə qabiliyyəti ən azı indiki səviyyədə olsaydı, biz işğalın qarşısını ala bilərdik”.
Mənbə:> Axar.az