Kim Çen In nüvə silahından istifadə etməyə hazırdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Kim Çen In nüvə silahından istifadə etməyə hazırdır

Kim Çen In nüvə silahından istifadə etməyə hazırdır


Şimali Koreya istənilən an nüvə silahından istifadəyə hazır olmalıdır.

Oxu.Az BBC News-a istinadən xəbər verir ki, bunu Şimali Koreyanın lideri Kİm Çen In bəyan edib.

Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, o, ölkənin hərbi rəhbərliyinə hərbi doktrinaya nüvə zərbəsi endirməyə hazır olmaq üçün yenidən baxmağı əmr edib.

“Nüvə başlıqlarını istənilən an istifadə etməyə hazır olmalıyıq”, - xəbər agentliyi Kim Çen Inın sözlərindən sitat gətirir.

Təlimlərdə çıxış edərkən o, düşmənlərin Şimali Koreyanın mövcudluğuna təhlükə yaratdığını bildirmişdi.

Daha öncə BMT-nin Təhlükəsizlik Şurası, bu ilin yanvarında Phenyanın nüvə sınağına cavab olaraq KXDR-ə dair sanksiyaların sərtləşdirilməsi haqqında qətnamə qəbul edib.

Cavab olaraq Şimali Koreya kiçik radiuslu bir neçə raket buraxdı, onlar Yapon dənizinə düşüb.

2006-cı ildən indiyə qədər Şimali Koreya artıq dörd nüvə sınağı keçirib və proqramı bitirməkdən imtina edir. Hakimiyyət yanvarda hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *