Kim Çen Inın hidrogen bombası da var
Şimali Koreya hidrogen bombasına malikdir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə KXDR-nın lideri Kim Çen In bəyan edib.
“Biz öz müstəqilliyimizi və vətənimizin milli ləyaqətini nüvə və hidrogen bombalarının qüvvəsi ilə müdafiə edə biləcək böyük nüvə dövləti ola bildik”, - Kim Çen In bildirib.
Bununla yanaşı o, hərbi sənayeni fəal şəkildə inkişaf etdirməyə çağırıb.
Bu günə qədər KXDR-da hidrogen bombasının olmasına dair məlumat yayılmamışdı.
Mənbə:> Oxu.Az