ABŞ-da yeni nüvə bombasının yekun sınaqları keçirilib
ABŞ-ın Nüvə Təhlükəsizliyi üzrə Milli İdarəsi (NTMİ) modernləşdirilmiş B61-12 nüvə bombasının Nevadada Tonopa poliqonunda üçüncü, yekun sınağının keçirilməsi barədə məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə idarənin press-relizində məlumat yayılıb.
Sınaq nüvə partlayışlarının qadağan edilməsinə dair beynəlxalq müqaviləyə müvafiq olaraq nüvə başlığı olmadan keçirilib.
“Buraxılışların yekunlaşdırılması ölkənin və onun müttəfiqlərinin təhlükəsizliyinə sədaqətin sübutudur”, - press-relizdə deyilir.
F-15E təyyarəsindən atılan bombanın idarə rejimində ştat işini nümayiş etdirdiyi xəbər verilib.
B61-12 bombası 1961-ci illərdə buraxılan B61 bombasının 12-ci modifikasiyasıdır. Modernləşdirilmiş silahın istehsalı 2020-ci ilə qədər başlamalıdır.
Yekunda B61-12 bombası əvvəlki B61-3, B61-4, B61-7 və B61-10 versiyalarını əvəz edəcək.
Mənbə:> Oxu.Az