Kim Çen In iki Koreyanın birləşdirilməsindən danışdı
Kim Çen In diplomatları iki Koreyanın birləşdirilməsi üçün sərfəli şərait yaratmağa çağırıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, KXDR (Koreya Xalq Demokratik Respublikası) lideri bu çağırışı Phenyanda xalq respublikasının səfirlərinin iclasında səsləndirib.
O, həmçinin beynəlxalq arenada səfirlərin “KXDR-da çiçəklənən dövlət üçün səmərəli şəraitin” yaradılmasına vasitəçi olacaqlarına əminliyini bildirib.
Mənbə:> Oxu.Az