Kim Çen In hərəmxana açdı » AzNews.info -Xəbər portalı

Kim Çen In hərəmxana açdı

Kim Çen In hərəmxana açdı


Cənubi Koreya KİV-i xəbər verir ki, KXDR lideri Kim Çen In öz babası və atasının izi ilə gedir və özü üçün hərəmxana yaradıb. Şimali Koreya lideri bu hərəmxananı “Həzz bölüyü” adlandırır, Oxu.Az Vesti-yə istinadən xəbər verir.

Sələfi Kim Çen İrə qulluq edən hurilər bölüyünü siyasətçi 2011-ci ildə hakimiyyətə gəldikdən sonra tərxis etmişdi, Chosun Ilbo xəbər verir.

Müğənni Li Sol Çjudan qızı dünyaya gəldikdən sonra Kim Çen In qərara alıb ki, ona daha gənc məşuqə lazımdır.

Bir neçə məşuqə isə daha yaxşı olardı. O, öz adamlarına “Həzz bölüyü”nün tərkibinə daxil olmaq istəyəcək gözəl və gənc xanımların axtarışını əmr edib. Hal-hazırda seçilmiş xanımlar Pxenyanın otellərindən birində “təhlükəsizlik üzrə təlimat” keçirlər.

Chosun Ilbo qəzetinin mənbəsinin sözlərinə görə, hərəmxana yaratmağı Kim Çen In keçən il padaqradan müalicə olunarkən qərara alıb. Cənubi koreyalı jurnalistlər siyasətçini KXDR-nin əksər hissəsinin aclıqdan əzab çəkdiyi halda qapıldığı “yolverilməz əyyaşlıqda” ittiham edirlər.

Daha öncə xəbər verilmişdi ki, Kim Çen In Şimali Koreya istehsalı olan təyyarəni şəxsən sınaqdan keçirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *