Şimali Koreya rəsmisi: “Nüvə müharibəsi hər an başlaya bilər”
“ABŞ-a görə hər an nüvə müharibəsi başlaya bilər”.
“RİA Novosti” xəbər verir ki, bunu Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Rön bəyan edib.
“ABŞ regionda nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaradıb. Bu, dünyada sülh və sabitlik üçün ciddi təhlükə yaradır. Koreya Xalq Demokratik Respublikası Amerikanın istənilən hərbi planlarına cavab verməyə hazırdır. Biz həmçinin lazım bildiyimiz zaman nüvə sınaqlarını davam etdirəcəyik”, - deyə Şimali Koreya rəsmisi vurğulayıb.
Mənbə:> Virtualaz.org