Şimali Koreya ABŞ və Cənubi Koreyanı qabaqlayıcı zərbə ilə hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Şimali Koreya ABŞ və Cənubi Koreyanı qabaqlayıcı zərbə ilə hədələdi

Şimali Koreya ABŞ və Cənubi Koreyanı qabaqlayıcı zərbə ilə hədələdi

Şimali Koreya ABŞ və Cənubi Koreya hərbi birləşmələrinin hazırda birgə həyata keçirdiyi “Foal Eagle” və “Key Resolve” hərbi təlimlərini qabaqlayıcı zərbə endirməklə hədələyib.

Bu barədə Şimali Koreya Xalq Ordusunun Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah istənilən vaxt və xəbərdarlıq edilmədən Şimali Koreya xalqına qarşı xüsusi əməliyyat hazırlığına cəlb edilən ABŞ və Cənubi Koreya hərbi hissələrinə öldürücü zərbə endirilə biləcəyini bəyan edib.

Qeyd edək ki, martın 13-də ABŞ və Cənubi Koreya “Key Resolve” birgə komanda-qərargah təliminə başlayıb. Bu hərbi təlim fövqəladə situasiyada Koreya yarımadasında ABŞ hərbçilərinin sayının artırılmasını nəzərdə tutur. Paralel olaraq martın 1-dən 3 min amerikalı hərbçinin də iştirakı ilə keçirilən “Foal Eagle” hərbi təlimi isə Şimali Koreyanın raket və nüvə bazalarına zərbə endirilməsinə hazırlıqla bağlıdır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *